Sakit okeanda Yeni Kaledoniya yaxınlığında baş verən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

"Unikal" xəbər verir ki, bu  barədə ABŞ Geologiya Araşdırma mərkəzi məlumat yayıb.  

Adada baş verən zəlzələnin 38 km dərinlikdə olduğunu bildirib.

Geologiya mərkəzi ərazilərində qeyri-adi cərəyanların və gözlənilməz dalğalanmaların ehtimalı ilə bağlı xəbərdarlıq edib.