Ukrayna prezidenti Volodimir Zelenski Ərəb Liqasının sammitində çıxış etmək üçün Səudiyyə Ərəbistanına gedib.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın dövlət başçısı "Telegram" kanalında yazıb. 

"Mən Səudiyyə Ərəbistanına gəldim. Ərəb Liqasının sammitində çıxış edəcəyəm. Vəliəhd şahzadə Məhəmməd bin Salman əl-Səudla görüşəcəyəm və digər ikitərəfli danışıqlar aparacağam", - deyə Zelenski bildirib.

O əlavə edib ki, Ukraynanın prioritetləri Krımın və müvəqqəti işğal olunmuş ərazilərin bütün siyasi məhbuslarının və qeyri-qanuni deportasiya edilmiş şəxslərin geri qaytarılması, Ukrayna sülh düsturunun təqdim edilməsidir ki, bunun həyata keçirilməsində çoxlu sayda insan iştirak etməlidir.

Ağarza Elçinoğlu