Volodimir Zelenski Yaponiyada keçirilən G7 sammitinə gedəcək və orada ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
“Bəli, mən bunu təsdiq edə bilərəm”, - deyə Yermak bildirib.
Onun sözlərinə görə, liderlər Vaşinqtonun ukraynalı pilotlara Qərb döyüş təyyarələrində, o cümlədən F-16-da təlim keçmək üzrə səylərini müzakirə edəcək.