Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyanın şimalından ordusunu çıxarmaq fikrində olmadığını bildirib.

"Unikal" xəbər verir ki, prezident bu barədə CNN-ə müsahibəsində bildirib.

“Xeyr, bu nəzərdə tutulmayıb, çünki terror təhlükəsi hələ də mövcuddur”, - deyə .

Dövlət başçısı Suriyanın şimalında terrorla mübarizə aparılacağı təqdirdə Suriya lideri Bəşər Əsədlə barışıq üçün heç bir maneə görmədiyini də qeyd edib.