Bu gün Azərbaycanda Türkiyə vətəndaşlarının bu ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səsverməsi prosesi başlayacaq.

"Unikal" xəbər verir ki, səsvermə mayın 20-22-də Bakıdakı səfirliyin, Gəncə və Naxçıvandakı baş konsulluqların binalarında keçiriləcək.

Mayın 20-də və 21-də səfirlikdə 4, mayın 22-də isə bir seçki qutusu quraşdırılacaq.