Effektiv sərhəd tədbirləri sayəsində 2023-cü ilin əvvəlindən 93 148, indiyədək isə ümumilikdə 2 836 775 miqrantın Türkiyəyə qanunsuz girişinin qarşısı alınıb.

"Unikal"  xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin yaydığı açıqlamada deyilir.

Qeyd olunub ki, cari il ərzində 40 480 qeyri-qanuni miqrant tutulub, deportasiya edilənlərin sayı isə 37 785 nəfər təşkil edib.