BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) Türkmənistanın təşəbbüsü ilə BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının yaradılması şərtlərini nəzərdən keçirmək üçün qətnamə qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə bazar günü Türkmənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Türkmənistanın təşəbbüsü ilə Banqkokda (Tailand) keçirilən ESCAP-ın 79-cu sessiyasının yekunlarına əsasən, bu komissiyanın “Aral dənizi hövzəsi üçün Birləşmiş Millətlər Təşkilatının xüsusi proqramının yaradılması şərtlərinin nəzərdən keçirilməsi” adlı qətnaməsi yekdilliklə qəbul edilib.

Nazirliyin məlumatında ​​aydınlıq gətirilir ki, komissiya çərçivəsində Türkmənistanın təşəbbüsü ilə irəli sürülən bu ilk qətnaməyə Beynəlxalq Aralın Xilas olunması Fondunun təsisçiləri olan dövlət başçılarının sammitinin nəticələri daxildir.

Qeyd edək ki, sammit 2018-ci il avqustun 24-də Türkmənbaşı şəhərində keçirilib, həmçinin BMT-nin Aral dənizi hövzəsi üçün xüsusi proqramının hazırlanması üzrə beynəlxalq məsləhətləşmələr olmuşdu.