Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Suriyanın şimalında 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, Hulusi Akar 24 iyul 2015-ci ildən bu yana 37 min 860 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Məlumata görə, bu barədə nazir Terrorla Mübarizə və Suriya Konfransının keçirildiyi Pendikdəki Atatürk Mədəniyyət Mərkəzində etdiyi çıxışında bildirib.