Son vaxtlar narkotiklə bağlı zorakılıq hallarının artdığı Fransanın cənubundakı Marsel şəhərində üç kişi avtomobildə güllələnib. 

"Unikal" xəbər verir ki, gecə klubundan çıxan 5 nəfər Kalaşnikov avtomatından atəşə tutulub.

Naməlum şəxslər də hadisə yerindən qaçıblar.

Polis hadisəni narkotik alveri ilə əlaqələndirib. AFP xəbər agentliyinin məlumatına görə, bu il Marseldə narkotiklə bağlı qətllərin sayı 21-ə çatıb.