Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Ermənistan səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Səfər mayın 22-23-də baş tutacaq. O, İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.

Görüşdən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.