Rusiyanın baş naziri Mixail Mişustin Çinə səfər edib.

"Unikal" xəbər verir ki, o, Şanxayda Rusiya-Çin biznes forumunda iştirak edəcək və Pekində Çin Xalq Respublikasının lideri Si Cinpinlə görüşəcək.

Bu, Mişustinin hökumət başçısı kimi Çinə ilk rəsmi səfəridir.

Məlumata görə, Mişustinin Dövlət Şurasının baş naziri Li Qianqla görüşü də planlaşdırılır. Danışıqlar nəticəsində bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır.