Finlandiyanın “Gasum” dövlət enerji şirkəti Rusiyanın “Qazprom Eksport” şirkətindən boru kəməri ilə qazının tədarükünə dair uzunmüddətli müqaviləni ləğv edib.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiya şirkətinin saytında məlumat verilib. Qeyd olunub ki, tərəflər mübahisəni məhkəmənin müəyyən etdiyi müddətdə həll edə bilməyiblər:

“Buna görə də “Gasum” 22 may 2023-cü il tarixində “Qazprom Export” MMC ilə uzunmüddətli təbii qaz tədarükü müqaviləsinə xitam verib”.