Məhəmmədbaqer Qalibaf səs çoxluğu ilə yenidən İran parlamentinin sədri seçilib.

"Unikal" xəbər verir ki, mayın 23-də ölkənin qanunverici orqanının 11-ci çağırış üzrə 4-cü sessiyası keçirilib.

Toplantının gündəliyində parlamentin Rəyasət Heyətinin üzvlərinin seçilməsi məsələsi olub. Rəyasət Heyəti isə yeni sədri seçib.

M.Qalibafın lehinə 210 deputat səs verib. Bununla o, 4-cü dəfə parlamentə sədr seçilib. Onun alternativləri İlyas Nadran 47, Fereydun Abbasi isə 7 səs qazanıb.