ABŞ prezidenti Co Bayden iyulun əvvəlində Finlandiyaya səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanın “İltalehti” nəşri məlumat yayıb. 

Baydenin Helsinkidə  ABŞ-Nordic sammitində iştirak edəcəyi gözlənilir. Finlandiya Prezidenti Sauli Niinistö , İsveç Baş naziri Ulf Kristersson və Danimarka Baş naziri Mette Frederiksen də sözügedən tədbirə qatılacaq.