İraq prezidenti Əbdül Lətif Camal Rəşid Bağdad Beynəlxalq Hava Limanında təyyarənin pilləkənlərindən yıxılıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində İraq lideri müxtəlif növ bədən xəsarətləri alıb. Onun bədəninin bir neçə yerində sınıq və əziklər olduğu açıqlanıb. Prezidentin bəzi dişləri qırılıb. 

Qeyd edək ki, bir neçə gündür İraqın Kürdüstan bölgəsində olan Lətif Rəşid Süleymaniyyə şəhərindən Bağdada qayıdarkən təyyarənin pilləkənlərindən yıxılıb.

Mənbələr İraq prezidentinə dərhal ilkin tibbi yardım göstərildiyini və hazırda onun ümumi vəziyyətinin yaxşı olduğunu açıqlayıblar. 

Ağarza Elçinoğlu