Türkiyənin Ərdahan bölgəsinin Çıldır rayonunda hərbi maşın aşıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kurtkale kəndi yaxınlığında baş verən qəzada 4 Türk hərbçi yaralanıb. 

Əsgərlərin olduğu avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxıb. 

Yaralı əsgərlər təcili yardım maşınları ilə Ərdahan və Çıldır dövlət xəstəxanalarına aparılıb.

Ağarza Elçinoğlu