"Rusiya Təhlükəsizlik Şurasının Belqorod vilayətindəki vəziyyətlə bağlı xüsusi iclası planlaşdırılmır".

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib. 

"Bu həftə növbəti görüş keçiriləcək, lakin xüsusi planlar yoxdur", - Peskov izah edib.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın “Shot Telegram” kanalı Belqorod vilayəti ərazisində yeni Ukrayna diversiya-kəşfiyyat qruplarının (DRQ) hərəkəti barədə məlumat yayıb. Hazırda bölgədə Rusiya təhlükəsizlik qüvvələri ilə diversantlar arasında döyüş gedir.  

Qeyd edək ki, mayın 22-də Ukrayna DRQ Qrayvoronski rayonu ərazisinə daxil olub. Belqorod vilayətinin qubernatoru Qladkov vurğulayıb ki, Rusiya Silahlı Qüvvələri, sərhəd xidməti, Milli Qvardiya və FSB diversantların məhv edilməsi üçün lazımi tədbirlər görür.

Rayon ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib. Atışma nəticəsində 12 nəfər yaralanıb .

Gülayə Mecid