"Nüvə apokalipsisi"nin baş vermə ehtimalı birbaşa Kiyevə verilən silahların növündən asılıdır. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 

"Nə qədər çox silah tədarük edilsə, dünya bir o qədər təhlükəli olacaq", - Medvedev ifadə edib. 

O, həmçinin bildirib ki, Kiyev rejiminin hərbi komponentinin gücləndirilməsinə yönəlmiş hərəkətlər hərbi münaqişənin uzanmasına və qurbanların sayının artmasına gətirib çıxaracaq.

Gülayə Mecid