Türk Ordusu Suriyanın şimalında 19 terrorçunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. 

O, terrorla mübarizənin getdikcə artan templə davam etdiyini açıqlayıb: "Son bir ayda 126 terrorçu zərərsizləşdirilib. Ötən gecə Suriyanın şimalında 19 terrorçu məhv edilib". 

Ağarza Elçinoğlu