"Biz F-16 təyyarələrində ukraynalı pilotlara təlimlər keçməyə hazırıq".

"Unikal" xəbər verir ki, bunu Polşanın müdafiə naziri Mariuş Blaşzak jurnalistlərə açıqlamasında deyib.

"Mən bu tapşırığın Aİ missiyası çərçivəsində həyata keçirilməsini təklif etdim. Bu, Aİ ölkələri arasında əməkdaşlığın mükəmməl nümunəsi olar və bu cür təlimlərin maliyyə dəyərini azaltmağa imkan verər", - müdafiə naziri qeyd edib.