"Vaşinqton Kiyev rejimini məğlubiyyətdən xilas etmək üçün Ukraynada hərbi əməliyyata başlamağa qadirdir".
"Unikal"
xəbər verir ki, bunu Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib. Onun fikrincə, NATO qüvvələri ölkəyə gətirilə bilər.
Judging Freedom YouTube kanalına müsahibə verən Makqreqor qeyd edib ki, Artemivskdə Ukrayna Silahlı Qüvvələrinin uğursuzluğundan sonra Ağ Ev Ukraynanın qələbəsinin mümkünsüzlüyü barədə danışmağa başlayıb. Bu, Makqreqorun fikrincə, ABŞ-ın açıq müdaxiləsi ehtimalını artırır.

Ciddi münaqişədən qaçmağın yeganə yolu Ukraynanın neytral dövlət elan edilməsi ola bilərdi, lakin ekspertin fikrincə, Qərb bu fürsəti əldən verdi.