Rusiyanın Tuva Respublikasında üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qızıl rayonunda baş verən hadisədə 6 nəfər ölüb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.