Rusiyada orduda fərarilik hallarına görə cəzalar artıb.  Bir çox fərarilər şərti cəzaya məhkum edilir, bundan sonra onlar yenidən cəbhəyə göndərilir. 

"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı məlumat yayıb.

Qeyd olunur ki, Rusiya hərbi rəhbərliyi Ukraynaya tammiqyaslı müdaxilə başlayandan öz sıralarında nizam-intizamı qoruyub saxlamağa çalışsa da, 2022-ci ilin oktyabrından ehtiyatda olan hərbçilərin məcburi səfərbər olunmasından sonra bu problem daha da dərinləşib.

"2023-cü ilin yanvar-may aylarında Rusiya hərbi məhkəmələri hərbçilərin könüllü ayrılması ilə bağlı 1053 işə baxıb ki, bu da 2022-ci ilin bütün ilindən çoxdur", - məlumatda deyilir.