Elbrus dağında Belarusdan olan 6 nəfərdən ibarət qrup itkin düşüb. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, alpinistlərin qeydiyyata alınmadığı açıqlanıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları itkin düşənlərin axtarışına başlayıb.

Məlum olub ki, turistlər mayın 21-də bazaya qayıtmalı idilər, lakin indiyədək onlarla əlaqə saxlanılmayıb. 

Ağarza Elçinoğlu