"Sinan bəylə prinsipial mövzularda danışdıq. Türk dünyası və terrorla bağlı Sinan Oğanla həmfikirik".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Kanal D" - "CNN Türk"ün birgə yayımında deyib.

O qeyd edib ki, Sinan Oğana suriyalı miqrantlarla bağlı mövqeyini çatdırıb.

"Suriyada Qətərin dəstəyi ilə 1 milyon qaçqını yerləşdirə biləcəyimiz evlərin tikintisinə başlayacağıq. Bu evlər maksimum 1 ilə təhvil veriləcək. Hazırda Türkiyə, Rusiya, İran və Suriya dördtərəfli danışıqlar aparır. İnanıram ki, bu danışıqlarla suriyalı qardaş və bacılarımız öz torpaqlarına qayıdacaqlar. 600 minə yaxın qaçqın geri qayıtdı və biz terrorla mübarizəmizdə uğur qazandıqca, bu, sürətlənəcək", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti vurğulayıb ki, CHP sədri Kamal Kılıçdaroğlu Zəfər partiyasının sədri Ümit Özdağa 3 nazirlik təklif edib.