Naməlum pilotsuz uçuş aparatı Rusiyanın Belqorod vilayətində "Qazprom"un binasına partlayıcı qurğu atıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Baza" teleqram kanalı məlumat yayıb.  

Bildirilir ki, hadisə Oktyabrski kəndində baş verib.

Qeyd olunur ki, pilotsuz təyyarənin hücumu nəticəsində binanın pəncərələri sınıb, fasad və dam örtüyü də zədələnib.  

Gülayə Mecid