ABŞ Maliyyə Nazirliyi PMK-nın "Vaqner"in Malidəki birləşmələrinin rəhbərinə qarşı sanksiyalar tətbiq edib.

"Unikal" xəbər verir, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) rəsmi bəyanatında qeyd olunub. 

"Bu gün OFAC Rusiya PMC "Vaqner"in hərbiləşdirilmiş birləşmələrinin rəhbəri və onun Malidə yerləşən baş inzibatçısı İvan Maslova qarşı sanksiyalar tətbiq edib", - məlumatda deyilir.

“Vaqner Qrupu”nun və onun rəhbəri Yevgeni Priqojinin Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə bir çox hakimiyyət orqanlarının sanksiyaları altında olduğu vurğulanır.

Həminin,  sənəddə qeyd olunur ki, Birləşmiş Ştatlar istənilən ölkənin "Vaqner Qrupu" vasitəsilə Rusiyaya yardım etmək cəhdlərinə qarşıdır.

 Gülayə Mecid