"Ukrayna ordusu dünyada ən güclü ordulardan biridir". 

"Unikal" xəbər verir ki, bu  barədə “Vaqner” muzdlu hərbi təşkilatının rəhbəri Yevgeni Priqojin öz "Telegram"  kanalında yazıb. 

Priqojin kanalında müharibədəki son vəziyyətin təfərrüatlarını və Ukraynanın Baxmut şəhərinin "Vaqner" muzdluları tərəfindən idarə olunmasını bölüşüb.

Baxmutun tamamilə "Vaqner" döyüşçülərinin nəzarətində olduğunu bildirən Priqojin, 1 iyun tarixinə qədər şəhəri Rusiya Müdafiə Nazirliyinin nəzarətinə buraxacaqlarını bildirib. 

"Xüsusi hərbi əməliyyat Ukraynanı nasizm və militarizmdən təmizləmək üçün edilir. Amma biz ukraynalıları dünyada çox məşhur bir millət etdik. Biz Ukraynanı legitimləşdirdik. Ukrayna hər yerdə tanınan bir ölkəyə çevrilib. Xüsusi  əməliyyata başlayanda Ukraynanın 500 tankı var idisə, indi onların 5000 tankı var" - deyə o bildirib.

Gülayə Mecid