İlon Maskın "Neuralink" şirkəti artıq insanların beyninə implantasiya edilmiş neyroçiplərin klinik sınaqlarını keçirə bilər.

"Unikal" xəbər verir ki, bu  barədə məlumatı ABŞ Qida və Dərman İdarəsi (FDA) yayıb.  

Belə  ki, meymunlar üzərində aparılan təcrübələr texnologiyanın işlədiyini göstərib. Neyroçip yerləşdirilmiş heyvanlar verilən tapşırığı kifayət qədər effektiv yerinə yetiriblər. 

Həmçinin, məlumatda qeyd olunur ki, şirkət hələ “beyin interfeysi” adlandırılan klinik sınaqlarda iştirak edə biləcək könüllülərin axtarışına başlamayıb.