Kabardin-Balkariyada 2000-ci ildə 84 rus desantının qətlində iştirak edən Şamil Basayev və Xəttab qruplarının üç silahlısı saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya İstintaq Komitəsi birgə məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlar istintaq təcridxanasına yerləşdirilib və yaxın zamanda onlara qarşı ittiham irəli sürüləcək.

Rus desantları 2000-ci ildə Çeçenistanın Şatoi rayonunda yaraqlılar Şamil Basayev və Xəttabla döyüşdə həlak olublar. Toqquşmalar fevralın 29-dan martın 1-dək davam edib, nəticədə 84 desant həlak olub.