Serbiya ordusu Kosovonun inzibati sərhədinə yaxınlaşıb.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç təsdiqləyib.

Buna səbəb kimi bu gün səhərdən etibarən Kosovonun şimalında xüsusi təyinatlılarla serblər arasında toqquşmanın baş verməsi və vəziyyətin gərginləşməsi göstərilib.

***16:39

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovodakı vəziyyətlə əlaqədar Serbiya ordusunu maksimum hazırlıq vəziyyətinə gətirməyi əmr edib.  

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, Vuçiç Serbiya Silahlı Qüvvələrinin döyüş hazırlığının ən yüksək səviyyədə artırılması haqqında sərəncam imzalayıb və onlara təcili olaraq Kosovo və Metoxiya ilə inzibati xətt istiqamətində hərəkət etməyi tapşırıb.

Bildirilir ki, ölkə rəhbəri bu addımı Kosovo polisinin Zveçan, Zubin Potok və Leposaviçdə serb əhaliyə qarşı zorakılığı səbəbindən atıb.

Gülayə Mecid