Almaniya kansleri Olaf Şolts Frankfurt hava limanında qeyri-adi hadisə ilə üzləşib.  

"Unikal" xəbər verir  ki, bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.  

Belə ki, Şolts hökumət təyyarəsinə minməzdən əvvəl, 48 yaşlı bir kişi ona yaxınlaşıb. Naməlum şəxs Şoltsa sarılaraq buraxmaq istəməyib. Kanslerin mühafizəçiləri hadisəyə müdaxilə edib. Adı açıqlanmayan şəxs polis tərəfindən saxlanılıb.  

Maraqlısı budur ki, kişi Şoltsun kortejini “toy” korteji ilə səhv salıb.  Beləliklə, hava limanına sərbəst daxil olub.  Harada olduğunu anlamayan almaniyalı Olaf Şoltsu görəndə sevinib və onu qucaqlayıb.