Niderlandda Rusiya Prezidenti Vladimir Putinin böyük qızı Mariya Vorontsova ilə evli olmuş iş adamı Jorrit Faassenə məxsus torpaq sahəsini müsadirə edilib.

"Unikal" xəbər verir ki,  bu barədə Böyük Britaniyanın “The Guardian” nəşri məlumat yayıb. 

Bildirilir ki, Amsterdamın cənub-şərqində yerləşən Duyvendrextdəki 1 432 kvadratmetrlik ərazi Jorrit Faassenə məxsusdur. 2021-ci ildə Faassenin tikinti icazəsi üçün Duyvendrext bələdiyyəsinə müraciət edib. 

Lakin bələdiyyə Faassenin Putinlə "yaxın əlaqələri" səbəbindən tikintiyə icazə verməyib.  

Hollandiya Torpaq Reyestrindəki qeydlərə görə, torpaq sahəsi bu ayın əvvəlində ərazi prokurorları tərəfindən maliyyə, iqtisadi və ekoloji cinayətlərə görə ələ keçirilib. 

Qeyd edək ki, hollandiyalı iş adamı Jorrit Faassen Putinin böyük qızı Dr. Mariya Vorontsova ilə evli olub. Cütlük 2022-ci ildə boşanıb. 

Gülayə Mecid