Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran kommisiyaya çağırılıb.

"Unikal" xəbər verir ki, bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.

Onun sözlərinə görə, Paşinyan iyun ayında komissiyada dindiriləcək. 

Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.