Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

"Unikal" xəbər verir ki, o, 7 namizəd arasından 321 səslə sədr seçilib və növbəti 5 ildə bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Türkiyədə 28 may 2023-cü ildə keçirilən Prezident seçkilərindən sonra müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edirdi.