Ukrayna Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Putin rejimi üçün mühüm hədəfdir, ona görə də ruslar onu dəfələrlə öldürməyə cəhd ediblər.

"Unikal" xəbər verir ki, bu barədə “Ukrayna Pravda”ya müsahibəsində kəşfiyyat nümayəndəsi Andrey Yusov bildirib.

"Bu yaxınlarda rus təbliğatı Kirill Budanovu "dəfn etdi". Bu saxta məlumatdır, lakin buna baxmayaraq, genişmiqyaslı işğal zamanı Ukraynanın hərbi-siyasi rəhbərliyi Rusiya qoşunlarının və xüsusi xidmət orqanlarının xüsusi çarpazlığı altındadır. Kəşfiyyat rəhbərinə 10 dəfədən çox sui-qəsd edilib", - o, bildirib.  

 Xatırladaq ki, ötən günlərdə Rusiya tərəfi Ukraynanın Budanovun dəfn mərasiminə hazırlaşdığını bildirmişdilər. Ruslara görə, hərbi kəşfiyyat rəhbəri raket hücumundan sonra ölmüşdü.

Gülayə Mecid