"İranın qarşısına belə bir məqsəd qoysaydı, Qərb dövlətləri onun nüvə silahı əldə etməsinə mane ola bilməzdi". 

"Unikal" İRNA-ya istinadla xəbər verir ki, bunu İslam Respublikasının ruhani lideri Ayətullah Əli Xamenei deyib. 

"20 ildir ki, düşmənlər nüvə silahı söhbətlərinin arxasında gizlənərək, bizim nüvə sənayemizin inkişafı üçün maneələr yaradırlar. Onlar bilirlər ki, biz İslam doktrinasını rəhbər tuturuq və nüvə silahı yaratmağa çalışmırıq. Amma belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər", - deyə Xamenei bildirib.

O, həmçinin qeyd edib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində təminatlara dair saziş çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı davam etdirməlidir.

Ağarza Elçinoğlu