İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi vəzifəsindən istefa verib.

"Unikal" "Tasnim" agentliyinə istinadla xəbər verir ki, İİR Prezidenti İbrahim Rəisinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.

Qeyd edək ki, İslam inqilabının lideri Ayətullah Əli Xamenei tələbələr qarşısında çıxışında Rzayini sərt tənqid etmişdi.

O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. 

Ağarza Elçinoğlu