İranda servis avtobusu aşıb: 17 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, səhər saatlarında Nişapur şəhərindən Məşhədə gedən magistralda sənaye şirkətinin işçilərini daşıyan servis avtobusu qəzaya uğrayaraq aşıb. Qəza zamanı 16 işçi xəsarət alıb.

Nişapur Bələdiyyəsinin Yanğınsöndürmə və Təhlükəsizlik İdarəsinin rəisi hadisənin baş verdiyini təsdiqləyib: 

“Bu gün səhər saat 06:47-də "125" qaynar xəttinə daxil olan məlumat əsasında, dərhal xilasedicilər və yanğın söndürənlər briqadası hadisə yerinə göndəriliblər”.