Belarus sərhədçiləri Qomel vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurublar.

"Unikal" xəbər verir ki, bu barədə Belarus Sərhəd Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki,  hadisə Loevski rayonunda qeydə alınıb. Belə ki, sərhəd dəstəsi PUA mühərrikinin səsini eşidib. Sərhədçilər standart silahlardan istifadə ediblər və nəticədə pilotsuz təyyarəyə quraşdırılmış sursat partlayıb.

Belarus Cinayət Məcəlləsi çərçivəsində yoxlama təyin edilib. Komitədən bildirilib ki, faktiki olaraq əlavə tədbirlər görülür.