"Nüvə silahı istehsal etmək istəsək, edə bilərdik, amma islami səbəblərdən nüvə silahı istehsal etmirik".

"Unikal" xəbər verir ki, bunu İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamenei bu günlərdə ölkənin nüvə sənayesi sahəsində bir qrup alim, mütəxəssis, ekspert və rəsmi şəxslərlə görüşündə deyib.

“Biz İslami səbəblərdən nüvə silahı əldə etməyə çalışmırıq. Əks halda, biz buna nail olmaq istəsək, qərblilər bizi dayandıra bilməzdilər”, - Xamenei bildirib.