Nüvə silahlarının ilk partiyası artıq Belarusa çatdırılıb.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

"Bu, yalnız birinci hissədir. Biz ilin sonuna kimi tapşırığı yerinə yetirəcəyik", - Putin bildirib.

İyunun 13-də Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Moskva Minski “Xirosima və Naqasakidən üç dəfə güclü” nüvə silahı ilə təmin edib.