Çin prezidenti Si Cinpin iyunun 16-da Pekində Bill Qeytslə görüşüb.

"Unikal" xəbər verir ki,Si Cinpin bütün dünyada yoxsulluğun azaldılması, səhiyyə, inkişaf və xeyriyyəçiliyin yaxşılaşdırılmasında Qeytsin və onun fondunun işini yüksək qiymətləndirib.

“Hazırda dünyada son yüz ildə görünməmiş nəhəng dəyişikliklər sürətlə baş verir. Qlobal problemlərin həlli üçün Çin variantını təklif etmək üçün Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü irəli sürdüm”, - Çin mediasına görə, Si Cinpin vurğulayıb.