Moskvadan Soçiyə  uçan  S7 aviaşirkətinin təyyarəsi Saratovdakı Qaqarin hava limanında məcburi eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .

“Bu gün Qaqarin hava limanında saat 19:08-də S7 Hava Yollarına məxsus Boeing - 737 təyyarəsi Moskva-Soçi marşrutu üzrə eniş edib”, - məlumatda deyilir.

Qeyd olunur ki, aviaşirkətin əməkdaşları sərnişinlərlə işləyir.

Tailanddan uçan " Boeing" sərnişin təyyarəsi  nasazlıq səbəbindən Krasnoyarskda  məcburi eniş edib . Xidmətlərdə deyildiyi kimi, Phuketdən uçan təyyarənin ekipajı Krasnoyarska enməzdən əvvəl dispetçerlərlə əlaqə saxlayıb və avadanlıqların nasazlığı fonunda təyyarədə fövqəladə vəziyyət barədə məlumat verib, təcili eniş tələb edib. Onlar qeyd ediblər ki, gəmi təhlükəsiz yerə enməyə nail olub.

Xidmətlər həmçinin bildiriblər ki, Boeing enişi zamanı yanğının qarşısı alınıb. Sərnişinlərin və ekipajın tibbi yardıma ehtiyacı olmayıb.