Bütün müsəlman ölkələri müqəddəs Qurban bayramına hazırlaşır. 

"Unikal" xəbər verir ki, Türkiyənin İstanbul şəhəri də bayram hazırlıqlarına başlayıb.  Belə ki,  şəhərin Sultanqazi adlanan ərazisində qurulan qurban bazarında 1 540 kiloqram çəkisi ilə TOGG adlı inək diqqət çəkib.

Buzovun qiyməti nə az nə çox 240 min lirə olduğu açıqlanıb ( 17 256 AZN). TOGG-un sahibi yerli KİV-ə açıqlamasında "TOGG çox itaətkar heyvandır. Yonca, qarğıdalı və şabalıdla bəsləmişəm. İnşallah Sultanqazidəki ən böyük qurbanlığı o qazanar",- deyib.