2020-ci ilin kütləvi etirazlarından sonra ölkədən qaçan yüzlərlə Belarus vətəndaşının prezident Aleksandr Lukaşenkonu devirmək üçün Polşada döyüş təlimi keçdiyi iddia edilir.

"Unikal" xəbər verir ki, bu  barədə Böyük Britaniyanın "The Times" nəşri məlumat yayıb.

Bildirilir ki, təlimi Belarus təhlükəsizlik qüvvələrinin BYPOL-un keçmiş zabitləri aparır. 

Bundan əvvəl BYPOL ilə əlaqəli partizanlar artıq Belarus ərazisində bir neçə uğurlu əməliyyat keçiriblər. Bu ilin fevralında təşkilat Minsk yaxınlığındakı hava limanında iki pilotsuz uçan aparatın köməyi ilə Rusiyanın A-50 kəşfiyyat təyyarəsinin partladılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Belarusda BYPOL "ekstremist təşkilat" kimi tanınır. 

Gülayə Mecid