Azərbaycan Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın demarkasiya məsələlərini müzakirə etmək təklifinə hələ ki, cavab verməyib.

"Unikal" xəbər verir ki, bu barədə Paşinyanın müavininin ofisi açıqlayıb. 

"Azərbaycan tərəfinin reaksiyası olarsa, bu barədə əlavə məlumat veriləcək", - məlumatda deyilir. 

Xatırladaq ki, Mher Qriqoryan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevə Ermənistanla Azərbaycan arasında demarkasiya üzrə komissiyaların iclasının keçirilməsi təklifini göndərib.

Ağarza Elçinoğlu