Ukrayna Dünya Bankından 63 milyon avro alıb.

"Unikal" Ukrayna KİV-lərinə istinadən xəbər verir ki,  bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunur ki, bu vəsait dövlət büdcəsinin xərclərinin qismən ödənilməsinə, xüsusilə də 2023-cü ilin fevral-mart aylarının müəllim və dövlət qurumlarında çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldiləcək. Ukraynaya kreditin ödənilməsi üçün 10 il və 4 illik güzəşt müddəti verilib.