"Biz düzgün inkişaf yolunu seçmişik. Heç kim bizim yerimizə problemlərimizi həll etməyə gəlməyəcək". 

"Unikal" xəbər verir ki, bunu erməni KİV-ə açıqlamasında Ermənistan parlamentinin deputatı Vigen Xaçatryan deyib.

"Mülki Müqavilə" partiyasından olan millət vəkili hesab edir ki, dövlət proqnozlaşdırıla bilən olmalıdır: "Biz tərəfdaşlarımızdan necə maksimum dəstək alacağımızı düşünürük. Bizdə müstəqil siyasət ənənəsi yoxdur. Ermənistan Rusiya üçün kiçik bir sikkəyə çevrilib. Rusiyaya deyirik ki, Ermənistanın gələcəyini müzakirə edin. Biz Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamaq istəyirik".

Ağarza Elçinoğlu