Ukrayna Silahlı Qüvvələr iyunun 4-dən Rusiyanın mövqelərinə 263 hücum edib, onların hamısı dəf edilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu hərbi idarənin kollegiyasının iclasında bildirib. 

“İyunun 4-dən bəri Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının mövqelərinə 263 hücum edib. Bölmələrimizin səriştəli və fədakar hərəkətləri sayəsində onların hamısı dəf edildi, düşmən öz məqsədlərinə çatmadı”.

Şoyqu bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri son üç gündə vəd edilmiş əks-hücuma cəhd edib. Onun sözlərinə görə, cəhdin qarşısı Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən alınıb. 

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksiy Danilov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin (APU) əks-hücum əməliyyatı plan üzrə gedir.